Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-30 10:00:00
Azərbaycanlı şagird ABŞ-da  Beynəlxalq Olimpiadada qızıl medal qazandı-FOTO

 

 

 

Yanvarın 21-dən 26-dək ABŞ-da Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsi keçirilib. Ölkəmizi bu olimpiadada Qəndab Məmmədova təmsil edib. Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib. Qəndab Məmmədova yarış müddətində öz fəallığı ilə seçilib.

 

 

Ötən gün hava limanında Qəndab Məmmədovanı Kopernik olimpiadasının ölkəmizdə rəsmi nümayəndəsi olan Global Olympic Center böyük coşqu ilə qarşılayıb. Qarşılama mərasimində 279 nömrəli məktəbin direktoru və müəllim kollektivi, qalibimizin yaxınları da iştirak edib.

 

 

Qəndab öz ürək sözlərini də bizimlə bölüşüb. Olimpiada müddətində professorlardan aldığı təlimlər, NASA-da olan gəzintisi xatirində silinməz iz qoyub. NASA-da keçmiş kosmonavtdan aldığı məlumatlar Qəndabı gələcəyini kainatla bağlı sahədə görməsinə gətirib çıxardıb. RİCE universitetində aldığı təlimlər ona həyatda uğur qazanmağın yolunu imtahan nəticəsində, qızıl medallarda yox, təcrübələrdən ibarət olduğunu öyrədib. Qəndab ABŞ-da qonaq olan digər yarışmacılara paxlava, şəkərbura kimi nemətlərimizdən, kəlağayı kimi milli baş örtüyü, təşkilatçılara isə qələbə rəmzimiz olan dəmir yumruq simvolunu hədiyyə edib.

 

 

Qeyd edək ki, Global Olympic Centerin rəhbəri Xəyal İbrahimzadə bildirib ki,  Kopernik olimpiadasının riyaziyyat üzrə seçim turunda qalib olmuş istedadlı şagirdlərimiz ölkəmizi iyul ayında ABŞ-ın MIT və Kolumbiya universitetlərində təşkil olunacaq qlobal turda təmsil edəcəklər.