Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 16:33:00
Yaddaşınızı bu şəkildə gücləndirin-MARAQLI

Çox güman ki, gündəlik həyatınızda ən kiçik detalları belə asanlıqla yadda saxlayan və hər şeyi sürətlə qavrayan insanlara rast gəlmisiniz. Bir neçə asan üsuldan istifadə edərək sizdə yaddaşınızı gücləndirə bilərsiniz.

 

 

 

AzEdu.az Yaddaşı gücləndirmənin sadə yollarını təqdim edir:

 

Təxəyyülü işə salmaq: Böyük həcmdə rəqəmləri yadda saxlamağı bacaran insanlar geniş təxəyyülə malik insanlardır. Onlar rəqəmləri bitki, heyvan və cansız əşyalar timsalında təsəvvür edərək yadda saxlayırlar. Məsələn, iki – dəvə, səkkiz – matryoşka, bir – yol kənarında dirək, altı – qıfıl və s. kimi canlandırılaraq yadda saxlanılır. Əgər beyninizdə həmin şəkili xatırlaya bilmirsinizsə onda xəyalən özünüz onun rəsmini çəkin.

 

 

 

Daha çox hərəkətdə olmaq: çoxlu rəqs, hərəkət edin və idmanla məşğul olun. Bu bütün orqanizmdə və həmçinin beyində qan dövranını yaxşılaşdıraraq məlumatın qavranılması, bərpası və yadda saxlanılmasını təmin edən psixi prosesləri aktivləşdirir.

 

 

 

Toxuculuqla məşğul olmaq: Bu işlə məşğul olmaq yaddaşı və ümumilikdə beyinin ümumi fəaliyyətini fəallaşdırır.

 

 

 

Yaddaşı ətirlərlə gücləndirmək: Hər hansı bir konfransda çıxışa və ya imtahana hazırlaşdığınızda özünüzü ətirlərlə əhatə edin. Bu yadda saxlama proseslərini stimullaşdırır. Limonlu, nanəli, rozmarinli ətirli şamlar sizin köməyinizə gələ bilər.

 

 

 

Yadda saxlama anında fikri cəmləmək: Bir şeyi yadda saxlamaq istədikdə bütün fikrinizi onun üzərində toplayın. Düşünün, dinləyin, öz gerçək həyatınız ilə müqayisələr aparın. Yadda saxlamağa çalışdığınız informasiyaya nə qədər çox fikirləriniz və duyğularınız “ilişərsə” əhəmiyyətli dərəcədə çox şey yadda saxlaya bilərsiniz.

 

 

 

Yaddaşı gərginləşdirmək: Hər hansı bir sözün mənasını, hesabatdan bir rəqəmi, müğənninin adını, dostunuzun nömrəsini unutmusunuzsa o dəqiqə internetdən, telefon kitabçasından istifadə etməyin. Bir neçə dəqiqəlik də olsa çalışın unutduğunuz şeyi özünüz xatırlayasınız.

 

 

 

Yaddaşı məşq etdirmək: Bədii ədəbiyyat oxuyun və daha sonra qısaca qəhrəmanların adını və süjet xəttini yazın. Zamanla yazdıqlarınızı oxuyaraq kitabdan oxuduqlarınızı xatırlayın. Bu sizə nəinki yaddaşınızı məşq etdirməyə kömək edəcək, bunun vasitəsilə siz həmdə dostlarınızın yanında bilikli bir şəxs kimi də tanınacaqsınız.

 

 

 

Əzbərçilikdən uzaq olmaq: Mətni başa düşmədən, qəhrəmanları göz önündə canlandırmadan, öz sözləriniz ilə oxuduğunuzu nəql etmədən nəyisə öyrənmək əlverişli deyil. Əzbərçilik sadəcə operativ yaddaş həcmində məlumatın yadda saxlanılmasına xidmət edir. Əgər siz bir mətni öyrəndikdə onu əbədi olaraq yadda saxlamağı qarşınıza məqsəd qoysanız, onda qalib gələcəksiniz.

 

 

 

Əlaqələndirmək: Yeni bir insanla tanış olduqda çalışın bu insanın adını, xüsusiyyətlərini daha öncədən tanıdığınız birinə və yaxud hər hansı bir məşhura bənzədib yadınızda saxlayasınız.

 

 

 

Davamlı olaraq təkrar: Təkrar – biliyin anasıdır. Yadda saxlamaq lazım olan məlumatı gündə 5 dəfə deyil, 5 gün ərzində gündə bir dəfə təkrar etməklə yaddaşınızda saxlaya bilərsiniz. Bu təkrarlamalar gecə edilsə daha məqsədəuyğun olar.

 

 

 

Düzgün qidalanmaq: Dəniz məhsulları, balıq, yumurta, dənli bitkilər, bitki yağları və tərəvəzlər yaddaşı gücləndirir. Bəzən yalnız bir parça şokolod da yorulmuş beyninizə təkan verə bilər.

 

 

 

Şeir əzbərləmək: Hər gün həcmi çox da böyük olmayan bir şeir əzbərləməyə çalışın. Bunu bir həftə ərzində təkrar edin və həftənin sonunda yaxın dostlarınızı yığaraq əzbərlədiyiniz şeirləri onlara deyin.