Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 13:57:00
MEK-də 20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi hazırlanıb.

 

AzEdu.az xəbər verir ki, sərgidə “Qanlı Yanvar”, “Qara Yanvar şəhidləri”, “Yanvar təlatümü”, “Şəhidlər dastanı”, “Şəhidlər”, “Qara gündəlik”, “Erməni lobbisi... Azərbaycan faciəsi”, “20 yaşlı Yanvar”, “Şəhidlərimiz – qürur yerimiz”, “20 Yanvar hadisələri. Sənədlər. Mövqelər. Şərhlər. (1990-2000)”, “Qanlı illər”, “Tarixin qara səhifələri. Deportasiya. Soyqırımı. Qaçqınlıq”, “Dağlıq Qarabağ: tarixi faktlar, hadisələr”, “Şəhid rejissor Azər Nəsiboğlu”, “Erməni təcavüzünün xronikası”, “Tarixin qan yaddaşı” və digər kitablar təqdim olunur.

 

Nəşrlərdə 1990-cı və ondan əvvəlki illərdə Azərbaycanda gedən, son nəticədə isə 20 Yanvar hadisələrinə gətirib çıxarmış proseslər təhlil olunur. Burada böyük vətənpərvərlik, yurdsevərlik duyğuları ilə qəhrəmancasına həlak olmuş şəhidlər barədə yazılmış oçerklər, həmçinin Qanlı Yanvar hadisələrinin şəkilləri, həmin zaman verilmiş əmrlər, fərman və bəyanatlar əksini tapıb.

 

Kitabxananın fondlarındakı Azərbaycan və xarici dillərdə olan nəşrlərin virtual sərgisi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil edilib.