Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır.
AzEdu.az xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər //portal.edu.az/ səhifəsində qeydiyyatdan keçməklə müraciət edə bilərlər.
Müraciətlərin qəbulu yanvarın 21-i saat 18:00-da başa çatacaq və qeyd olunan tarixdən sonra edilən müraciətlərə baxılmayacaq.
Müraciət vaxtı başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibə qrafiki barədə məlumat göndəriləcək.