Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-20 16:12:00
Müəllimlərin maaşı artırılmayıb – Qərarın qısa izahı  

“Verilən bu qərar yalnızca ali təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunub”.

 

Baş nazir Əli Əsadovun müəllimlərin saatheasabı maaşlarının artması ilə bağlı qərar imzalaması sosial şəbəkələrdə  müəllimlərin  çaşqınlığına səbəb oldu. İmzalanan bu qərar bütün müəllimlərə deyil bir qisim təhsil işçilərinin saathesabı fəaliyyətinə görə nəzərdə tutulub.

 

AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov sözü gedən mövzunu bu şəkildə aydınlaşdırıb:

 

Ali və orta təhsil müəssisələrində çalışan müəllimlərin maaşı saathesabı müəyyənləşir. Əli Əsədovun qərarı ilə bu dəyişiklik ali təhsil müəssisələrində çalışan professor heyətinə, elmi dərəcəsi olan və elmi pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin maaşının artması ilə bağlıdır.

 

Bir neçə ali təhsil müəssisəsində çalışan müəllimlərin əsas iş yeri kimi bir yer müəyyən olunur, digərlərində saathesabı qaydası ilə çalışır və ona uyğun da maaş verilir. Qərarda həmin məbləğin artması nəzərdə tutulub. Bu qərarın ümumi təhsil məktəblərinə, məktəbəqədər və peşə təhsil müəssisələrini aidiyyatı yoxdur.