Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-09 16:51:00
Bağçalar kəskin qar səbəbindən bağlana bilər?-ETİRAZ

 

 

“Qarlı havada bağçaların fəaliyyəti dondurula bilərmi?”

 

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

 

Bəs sərt hava şəraiti bağçaya gedən uşaqlar üçün hansı problemə səbəb ola bilər? Ümumilikdə bu cür hava şəraitində bağçaların fəaliyyətini davam etdirməsi doğrudurmu?

 

Mövzu ilə bağlı ADPU-nun Məktəbəqədər Təhsilin Pedoqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova AzEdu.az-a açıqlamasında bildirib ki, hazırda bağçaların bağlanması üçün zərurət yoxdur. Uşaqların bağçada olması vacib yox, zəruri hesab edilir.

 

“Bağçalarda gündəlik dərs proqramı var, uşaqlar o proqram əsasında təhsil alır. Gündəlik uşaq sayına uyğun olaraq menyular hazırlanır, yemək bişirilir və digər ehtiyaclar qarşılanır. Bu müəssisə ardıcıl proqram əsasında fəaliyyət göstərdiyi üçün, uşaq dərsdə iştirak etmədikdə proqramdan geri qalır. Uşaqların dərsdən geri qalmaması və təhsilində problem yaranmaması üçün bağçalar işini davam etdirməlidir”.

 

X.Həmidova əgər bağçalar fəaliyyətini dondurarsa, bunun valideynlər üçün yaradacağı fəsadlardan söz açdı.

 

“Uşaqını bağçaya qoyan valideynlərin əksəriyyəti işləyən şəxslərdir. Onların iş sistemi davam edir. Bu günlərdə bağça açıq olmalıdır ki, valideynə dəstək olsun. Bütün təhsil müəssisələri kimi bağçalarında işini davam etdirməsi zəruridir.

 

Sibir kimi daimi sərt hava şəraitə malik olan ölkələr var. Bu tendensiya ilə yanaşsaq onlar ümumiyyətlə işini dondurmalı olacaq. Qar yağır deyə təhsil müəssisələrinin fəaliyyətini dondura bilmərik”.

 

“Bu kimi hallar dövlət qanununda öz əksini tapıb, hazırda bağçaların bağlanması üçün zərurət görünmür”-deyə, o bildirib.