Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-08 12:07:00
İmtahan stressi ilə mübarizə aparmağın 3 yolu  

İmtahandan əvvəl demək olar ki, bütün insanlar həyəcan, stress keçirir.Bu həyəcanı insanların sinir sistemindən asılı olaraq kimisi az kimisi isə çox keçirir. İmtahan stressi həm psixoloji, həm də fizioloji olaraq mənfi nəticələrə gətirib çıxarır. Bu hər bir şəxsdə fərqli olur. Ümumi halda isə aşağıİmtdakı kimidir. Fiziki olaraq tərləmə, yorğunluq, qarın ağrısı, baş ağrısı, yuxusuzluq, iştahsızlıq (həddən artıq iştah), baş fırlanması, ürək bulantısı, qusma, əzələlərdə gərginlik hissi və dişləri sıxma kimi hallarla özünü göstərir. Bununla yanaşı, unutqanlıq, diqqət dağınıqlığı, oxuduğunu anlaya bilməmək, daim əsəbi və gərgin olma, özünə qapanma kimi psixoloji hallarla da müşayiət olunur. Qayğılı düşüncələr nəticəsində abituriyentdə özünüqiymətləndirmə aşağı düşür və özünə olan güvəni azalır.


 Bir çox abituriyentin imtahanda uğur əldə edə bilməməsinin səbəbi öyrəndikləri biliklərin az olması deyil, hiss etdikləri imtahan qorxusudur. Stres və qorxu abituriyentin imtahanda diqqətini toplamasına əngəl olur.

 

AzEdu.az xəbər verir ki, bir araşdırma nəticəsində bu problemin həlli yolu tapılıb.

 

Şagirdləri stresi bir yük olaraq görmək yerinə  dəstəkləyici bir nüans olaraq görməyə yönləndirin.

 

Araşdırmada imtahandan əvvəl edilən 10 dəqiqəlik sadə bir yazı vərdişinin, şagirdlərin stresi onlara kömək edə biləcək “faydalı və enerji verici güc”olaraq görmələri müşahidə olundu.

 

Cristopher Rozek, Cerarda Ramırez, Rachel Fine, və Sean Beılock adlı 4 psixoloq məktəbdə biologiya dərsi tədris olunan 1175 şagirdi 1 il müddətində analiz edərək stresin vacib imtahanlardan uğur qazanmaq üçün böyük əhəmiyyət kəsb etdiyini müşadidə etdilər.

 

Test qorxusu ilə şagirdlərin çoxusu uğursuz olacaqlarına inanırlar. Ancaq onları neqativ fikirlərdən azad olmağa, stresi positiv bir güc olaraq görməyə təşviq edən 10 dəqiqəlik yazı vərdişləri daha yaxşı nəticə göstərmələrinə səbəb oldu. Həmin araşdırmada buraxılış və qəbul imtahanlarından əvvəl abituriyentlər imtahanlar haqqında qorxularını və istəklərini yazaraq öz qorxuları ilə üzləşdilər.

 

Stress faydalı bir vasitə ola bilər.

 

Stress mütləq pis bir hiss olmaq məcburiyyətində deyil. Psixoloq Kelly McGonical stresi fərqli bir şəkildə görməyin insanların daha uğurlu olmasına yardımçı olacağını deyir. “Çox tez döyünən ürəyiniz sizi məcəraya hazırlayır.” Daha tez-tez nəfəs almağınız problem deyil. Bu o deməkdir ki, beyninizə daha şox oksigen gedir.

 

Xronik stres ciddi sağlıq problemlərinə yol aça bilər, ancaq,qısa müddətlik stres diqqət və yadda. qabiliyyətini artırdığı üçün faydalı ola bilər.

 

1908-ci ildə Robert Yerkes və John Dodson adlı 2 psixoloq stres ilə öyrənmək arasındakı münasibətə dair bildiklərimizin təməli olan sadə bir araşdırma etdilər. Çətin sınaqlarda uğurlu olmaq üçün ortalama səviyyədə stresin ideal olduğunu müşahidə etdilər. Az stres məsuliyyətsizliyə çox stress isə qabiliyyət azlığına səbəb olur.  Əslində qayğının müəyyən səviyyədə olması təbii haldır, hətta imtahanın uğurlu olmasına belə kömək edir. Belə ki, bu orta səviyyədə olan qayğı şagirdləri motivə edir.

 

Yaşadığınız qorxunu imtahandan, dərsdən başqa əyləncələrə də vaxt ayıraraq unuda bilərsiz.

 

Bəzən abituriyentlər imtahana hazırlaşdıqları ərəfədə əyləncədən və idmandan uzaq dururlar, bunları vaxt itkisi sayırlar. Əslində isə şagirdlər arabir öz əyləncələrinə vaxt ayırmalıdırlar. Bu, beynin dincəlməsinə yardım edir. Nəticədə yeni biliklərin öyrənilməsi asanlaşır. Əgər siz əyləncə və dərs oxumaq vaxtını düzgün ayıra bilmirsinizsə, günlük qrafikinizi qurun. Bu sizə günü düzgün qiymətləndirməyə kömək edəcək. Bu zaman dərs çalışmaq üçün uğurlu vaxtı təyin etmək lazımdır. Öyrənərkən 5 duyğu üzvünüzdən istifadə daha asan öyrənmənizlə nəticələnəcəkdir.