Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 15:42:00
ADNSU-da “Secure Energy” Hackathonuna start verilib

Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin tərəfdaşı olduğu “HORIZON 2020” çərçivəsində ELECTRON layihəsi ilə bağlı bağlı enerji provayderlərindən birinin sponsorluğu ilə “Secure Energy” Hackathonuna start verilib.

 

AzEdu.az xəbər verir ki, hackathonda ADNSU ilə yanaşı bir neçə ali təhsil müəssisəsinin tələbələrindən 8 komanda 40 saat müddətində verilən tapşırıqları yerinə yetirəcək.

 

Qeyd edək ki, sözügedən Hackathon Azərbaycan və Avropada enerji provayderlərinin kibertəhlükəsizliyi, smart texnologiyaların tətbiqi ilə enerji şəbəkələrinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində problemlərin həllinə yönələcək. İştirakçı komandalara həllərinin hazırlanmasında Avropa və Azərbaycandan olan mentorlar dəstək göstərəcəklər. Münsiflər heyətinin qiymətləndirilməsindən sonra I, II və III yerlərin qalibləri mükafatlandırılacaq.