Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 14:33:00
“Mobillik” planının hazırlanması çərçivəsində sorğu və monitorinqlər keçirilib

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında 22.01.2022-ci il tarixli 25 №-li Sərəncamının icrasının təmin olunması istiqamətində Azərbaycan Texniki Universitetində (AzTU) tədqiqatların aparılması davam etdirilir.

 

Sərəncamın icrası çərçivəsində AzTU-da Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla, digər 16 şəhərdə mobillik planının həyata keçirilməsi istiqamətində işlər aparılır.

 

AzEdu.az xəbər verir ki, planın icrasının təmin olunması məqsədilə şəhər nəqliyyat sisteminin inkişafı üçün nəqliyyat və nəqliyyat-sosioloji vəziyyətin təhlilinə (nəqliyyat və marşrut şəbəkəsinin monitorinqi – avtobus marşrutlarında sahələr üzrə sərnişinlərin sayılması, yol ayrıclarında intensivlik və işıqforların iş rejiminin müəyyən edilməsi və s.) dair ilkin verilənlər (data) toplanılır.

 

İlkin mərhələdə Nəqliyyat və logistika fakütəsinin bakalavr və M151aB, M161a3 qruplarında təhsil alan tələbələri 14 noyabr – 2 dekabr 2022-ci il tarixlərində Şəmkir, Yevlax və Naftalan şəhərlərində aparılan sorğu və monitorinqlərə cəlb edilib. Hazırda nəticələrin emalı və təhlillərin aparılması davam etdirilir.

 

Qeyd edək ki, layihə üzrə işləri AzTU-nun Logistika və Nəqliyyat İnstitutu ilə Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi birgə həyata keçirir.