Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-29 10:56:00
İmtahan suallarının cavablarını yayan tələbəyə TÖHMƏT VERİLDİ

ATU-da rektor yanı şura universitetin II müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Orxan Bəhmənlinin davranışı ilə bağlı qərar verib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, O.Bəhmənlinin noyabrın 17-də anatomiya fənni üzrə keçiriləcək aralıq imtahanlarının suallarının cavablarını əldə edərək digər tələbələr arasında yayıb və bununla da imtahanı pozması təsdiqlənib.

 

Rektoryanı şuranın qərarına əsasən, O.Bəhmənlinin şəxsi işinə yazılmaqla şiddətli töhmət elan edilib.