Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-27 17:25:00
Bir işə fokuslanmaq üçün nələr etməli?  

“Multitaskinq” nədir?
Multitaskinq olaraq adlandırılan, eyni anda bir neçə iş ilə məşğul olmaq ifadəsi həyatımızın mərkəzinə yerləşib. Lakin buna baxmayaraq, multitaskinqin həqiqi olmadığına inanan insanlar da çoxdur. Multitaskinqə inanan insanlar bir neçə işi eyni anda etmə bacarığa sahib olduqlarını düşünürlər.

Eyni anda bir neçə şeyə fokuslanmaq isə, ən asan bir işin belə saatlarla vaxt almasına səbəb ola bilir. Bu da enerjinizi itirib, daha az məhsuldar olmağa gətirib çıxarır. Ona görə də multitaskinqi dayandıraraq daha məhsuldar ola bilərsiniz.

İstirahət edin.
Bədəminiz yorulanda paralel olaraq beyin də yorulur. Gün ərzində diqqətimizin dağılması səbəbi ilə özümüzü iş görərkən başqa şeylər fikirləşərkən tapırıq. Bunun səbəbi beynimizin yorulmağımızla bağlı bizə göndərdiyi siqnallardır. Düzgün istirahətin səbəbi düzgün yuxu rejimindən keçir. Gün ərzində özünüzü yorğun hiss etdiyiniz zamanlarda da qısa fasilələrlə istirahət edə bilərsiniz.

Gününüzü planlayın.
Gününüzü ən başdan planlayaraq hər şeyin yolunda getdiyinə əmin olun. Bu şəkildə gün ərzində bütün hərəkətlərinizi idarə edə biləcəksiniz. Gününüzü planladıqda hər şeyi necə edəcəyinizi bildiyiniz üçün işlərinizi daha asan görəcəksiniz.

Diqqətinizi dağıdan hər şeyi kənarlaşdırın.
Məşğul olduğunuz işə fokuslanarkən masanızda diqqətinizi çəkən nə varsa, hamısını çəkməcəyə qoyun. Digər görməli iş fayllarınızı da yığışdırıb, vaxtı gələndə aça bilərsiniz. Kompüterinizin ekranında da yığılıb qalmış faylları yığışdıraraq diqqətinizin dağılmasının qarşısını ala bilərsiniz.

İş masasında iş görün.
İnsanlar vərdişləri olan varlıqlardır. Əgər iş yerində masanıza keçdiyiniz zaman online alış-veriş və ya xəbərləri oxuyursunuzsa, bu son dərəcə diqqətinizin yayılmasına gətirib çıxaracaq. Beyniniz iş masasında sadəcə iş görə biləcəyinə öyrəşməlidir. Digər əlavə işlərinizi evə gedərkən və ya işdəki fasilə zamanı telefonunuzdan həll edə bilərsiniz.

Yox deməyi öyrənin.
“Yox” demək kobudluq deyil, ilk olaraq bunu qəbul etməlisiniz. Daha sonra isə bu sözü daha çox istifadə edin. Bir çox problem düşünmədən bir şeyə “hə” dediyimiz üçün ortaya çıxır. Sonra da istəmədiyimiz şeylərə enerji sərf eməli oluruq. Sizdən istənilən şeyə “bu mövzu haqqında düşünəcəm” və ya “sənə sonra xəbər edərəm” kimi ertələyici cavablar verin.

Kompüterinizdəki bilidirşləri bağlayın.
Bir iş üzərində çalışarkən gələn mail bildirişi ilə bütün diqqətiniz dağılır. İnsanın diqqəti dağıldığı zaman yenidən toparlanması üçün 20 dəqiqə vaxt lazımdır. Kompüterinizdəki bildirişləri bağlayaraq, diqqətinizi dağıdan şeylərdən qurtulmuş olarsınız.

İş görmək üçün səssiz məkan tapın.
İş yerinizdə sakit bir yer taparaq, vacib işlərinizi orada həll edin. Beləliklə, ətrafda diqqətinizi dağıdan söhbətlər olmaz.