Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-25 15:43:00
“Məktəb direktorları ilə bağlı problemlər hər zaman olacaq”-Emin Əmrullayev

 

 

"Məktəb direktorları ilə bağlı hər zaman narazılıqlar olub, düşünürəm ki, bu hər zaman olacaq".

 

 

AzEdu.az xəbər verir ki,bunu Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında qeyd edib.

 

"Son günlərdə müzakirə olunan 45 nömrəli məktəbin direktorunun işdən azad edildikdən sonra 34 nömrəli məktəbə təyin olunması məsələsi var idi ki, bu hal istisna olmaqla başqa bu kimi məsələlərə yol vermirik. Sözügedən məsələdə həmin direktora daha bir şans verdik. Məncə, bu bizim və cəmiyyət üçün o qədər də sərt qərar deyil"-deyə,nazir qeyd edib.

 

 

E.Əmrullayev məktəb direktorlarının fəaliyyətində müşahidə olunan neqativ hallardan söz açıb:

 

"Məktəbdə direktolar say və ərazi etibarı ilə uyğun olan məktəblərə təyin edilir. Bir hər il direktorların göstəricilərini nəzərdən keçirilir. Məktəb direktoru ilə bağlı problemlər olduqda məsələ araşdırılır. Bunun birbaşa onunla,yaxud ümumilikdə məktəblə əlaqədar olub-olmaması araşdırılır. Çünki, ən təcrübəli direktorlarımızın rəhbərlik etdiyi məktəblərdə belə müəyyən problemlər müşahidə olunur".