Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-24 13:36:00
UNEC türk universitetləri birliyinin rəhbəri seçildi- Rektor müşavirindən vacib açıqlamalar

 

 

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) VI ümumi yığıncağı keçirilib.

 

Yığınacağın  əsasında 2023-2024-cü  illər  üzrə UNEC Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) Sədri seçilib. Birliyin sədri vəzifəsini UNEC rektoru professor Ədalət Muradov həyata keçirəcək.

 

Bundan sonra UNEC hansı dəyişikliklər gözləyir:

 

UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə AzEdu.az-a açıqlamasında UNEC-in əldə etdiyi bu uğurun təfərrüatı və universitetin gələcək perspektivinə faydaları barəsində də danışıb:

 

 

"Bu təşkilata üzv olan ali təhsil müəssisələri  Azərbaycan,  Türkiyə,  Özbəkistan,  Qırğızıstan,  Qazaxıstan  və Macarıstanda fəaliyyət göstərən universitetlərdir.  Təbii ki, təşkilata bəlli  meyarlara  sahib  universitetlər seçilir. Ötən gün  VI ümumi yığıncağı keçirildi və   UNEC  2023-2024 illər üzrə  türk universitetlərinin sədri seçildi". 

 

Rektor müşaviri birliyin əsas məqsədinin  Avropada  Baloniya  sisteminə oxşar bir modelin türk respublikaları arasında olduğunu bildirdi:

 

“Birliyin əsas məqsədi  Avropada  Baloniya  sisteminə oxşar bir modelin türk respublikaları arasında yaratmaq, əsas hədəfi isə   türk ölkələri arasında  vahid ali təhsil məkanı formalaşdırmaqdır.  İstəyimiz tələbələrimizin bu coğrafiyada   sərbəst şəkildə  fəaliyyət göstərməsini təmin etməkdir. Onların   bir semestr ərzində bir üzv  ölkənin universitetində, bir semestr isə digərinin ali təhsil müəssisəsində təhsil almalarını hədəfləyirik.

 

Bu təşkilatın əsas hədəfi respublikalararası  vahid ali təhsil və tədqiqat mərkəzi  yaratmaqdır. Bununla bağlı  TÜRKÜNİB-in 2040-cı il  üçün strateji yol xəritəsi  var. Orada  da  ali təhsil və tətqiqatlar türk respublikları nələr etməli olduqları müəyyənləşdirib.

Eyni zamanda,   Səmərqənddə keçirilən  sonuncu Türk Zirvəsi Görüşü zamanı türk ölkələrinin başçılarının verdiyi bəyanata əsasən  görürük ki, TÜRKÜNİB-dən  çox böyük  gözləntilər var. Önümüzdəki illərdə  Azərbaycan universitetləri bu istiqamətdə  aktiv iştirak edəcəklər. "ORXON" mübadilə  təxminən Avropa İttifaqındakı  ERESMUS  proqramına  uyğun olaraq  yaradılacaq. Bu proqram çərçivəsində  artıq müəllim və tələbələrin  mübadiləsi həyata keçirilir.

 

UNEC son bir il ərzində iki ölkədə  təxminən,  10 yaxın müəllim proqram çərçivəsində universitetmizə gəlib fəaliyyət göstəriblər. Bugün ərzində 3 nəfər  Atatürk  universitetinin müəllimi  ORXON  proqramına müraciət edib.  Çalışacayıq ki,  "ORXON"  proqramına daha çox büdcə ayrılsın.  Çünki hazırda proqram universitetin büdcəsi ilə fəaliyyət göstərir. 

 

Eyni zamanda   hədəfimiz ondan ibarətdir ki, tələbələr türk respubliklarının müxtəlif şəhərlərində təhsil almaq imkanı olsun   Türkiyə universitetlər birliyinə  gələcək iki il ərzində  UNEC  rəhbərlik edəcək.  Sədr universitet olaraq, hədəfimiz dövlət başçımızın  türk zirvəsində qoyduqları  məsələləri layiqi şəkildə yerinə yetirməkdir,"-deyə, o bildirib

Gülcahan Məmmədova
Müəllifin digər yazıları