Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-24 11:39:00
Müəllimlər yerdəyişmə zamanı əsasən bu səhvləri edirlər-Həmən aşkarlanır

 

 

 

“Sənədlərin yükləndiyi portal https://miq.edu.az/qy/  saytıdır. Burada tələb olunan yeganə sənəd isə müəllimlərin öz yerləri və burada çalışdıqları dərs saatlarını təsdiq etdikləri sənəddir”.

 

 

AzEdu.az xəbər verir ki, bunu  İnsan Resurları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan “Təhsil Masası”  verilişində deyib.

 

 

“Bunun da səbəbi var. Belə ki, bəzən müəllimlər verdikləri elan daha cəlbedici olsun deyə öz dərs saatlarını daha yüksək göstərməyə çalışırlar. Biz müraciətlərə baxdığımız zaman sənədləri qarşılaşdırdıqda bunun belə olmadığını görürük. Həmin müəllimin verdiiy yanlış informasiya başqa müəllimi səhv yönləndirə, onun imkanlarını azalda bilər. O səbəblə sadəcə sözügdən sənəd tələb olunur”