Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-26 16:03:00
Şagird hansı halda məktəbdə deyil, evdə təhsil ala bilər?- Lazımı sənədlər  

Sağlamlıq imkanları məhdud olan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsinə şərait yaradılmalıdır.

 

Evdə təhsil almağın bir sıra qaydaları vardır.

 

AzEdu.az onları təqdim edir:

 

Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənəd əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.

 

Fərdi təhsilə cari ilin I sentyabrınadək 6 yaşı tamam olan, xüsusi məktəblərə isə (əqli cəhətdən pozuntusu olan) 7 yaşı tamam olan və ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur. 

 

Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə bu sənədlər əsasında qəbul olunurlar:

 

1.Məktəb direktorunun adına ərizə;

 

2.Doğum haqqında şəhadətnamənin surəti;

 

3.Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; 

 

4.Psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.

 

Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən  ibarətdir.

 

Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.

 

Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.

 

Dərs ili müddətində tətillər “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” əsasında verilir.

 

Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.

 

Gündəlik dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları