Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-26 15:16:00
Geyim qaydaları universitetlərə də aid ediləcək?-Nazirlikdən AÇIQLAMA

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb.

 

Ümumi təhsil müəssisələrindən: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal və s. qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunub.

 

Son günlər sosial şəbəkələrdə bu kimi qaydaların universitetlərdə də tətbiq ediləcəyi ilə bağlı iddialar səslənməkdədir.

 

AzEdu.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”  adından da göründüyü kimi, şagirdlərin məktəbdə nizam-intizam ilə bağlı layihə sənədidir.

 

“Bununla bağlı rəy və təkliflər toplanılır, ictimai müzakirələr keçirilir. Sənəd hazırda təsdiq olunmayıb”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları