Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 16:46:00
Samuxda zorakılığa məruz qalan şagirdlə bağlı AÇIQLAMA-Hadisənin yeri məlum deyil

 

 

Samux rayonu, Qiyaslı kənd orta məktəbində oğlan şagirdə qarşı seksual xarakterli hərəkətlər edilib.

 

2008-ci il təvəllüdlü, IX sinif şagirdi öz həmcinsi, 2011-ci il təvəllüdlü şəxsə qarşı cinsi zorakılıq halından istifadə edib.

 

Mətbuatda yazılan Ətrafda olan şagirdlər hadisəni kamera vasitəsilə lentə alıblar. 

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ hazırda araşdırılır:

 

“Hazırda proses hüquq-mühafizə orqanları tərəfindən araşdırlır. Bu səbəbdən də məsələnin təfərrüatları ilə bağlı çox məlumat verə bilmirik. Onun məktəb və ya məktəbdən kənarda  baş verməsi ilə bağlı məlumatımız yoxdur. Daxili İşlər Nazirliyi məsələni tam araşdırdıqdan sonra ətraflı məlumatı əldə edəcəyik”.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, baş verən hadisə barədə Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub: 

 

“Məsələ barədə Polis Şöbəsində cinayət işi başlanıb. Artıq müvafiq ekspertiza təyin olunub, məsələyə hüquqi qiymət veriləcək”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları