Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 15:59:00
Məktəblərdə formal vəzifə - Maksimum 350 manat maaş

 

 

 Son zamanlar məktəblərdə baş verən neqativ hadisələr orta təhsil müəssisələrində pedaqoji və psixoloji prosesin həyata keçirilməsinə məsul olan “Məktəblinin dostu”nun fəaliyyətini sual altına alır.

 

Problemin ciddiliyi ilə bağlı AzEdu.az-a danışan Ağdam rayon 91 nömrəli orta məktəbin direktoru Nemət Rüstəmli “Məktəblinin dostu”nun fəaliyyətni əhəmiyyətli hesab etmir:

 

”“Məktəblinin dostu” layihəsi daha çox kontingenti böyük olan məktəblərdə tətbiq edilir. Onların əsas vəzifələri şagirdlərlə düzgün münasibətlərin yaradılması, onların davranışlarının nizamlanması, dərslərə davamiyyətin daimi olmasına nəzarət etməyi təşkil edir.

 

Bakı şəhər 18 saylı və Buzovna qəsəbəsində yerləşən orta təhsil müəssisələrində olarkən onların fəaliyyətlərini yaxından izləmək imkanım oldu. Lakin fəaliyyətsizliklərini müşahidə etmək nəsibim oldu. Bunun bir çox səbəbləri var; “Məktəblinin dostu” kimi çalışan insan pedaqoji  təcrübəsi olan işçi olmalıdır, həmçinin, şagirdlərlə ünsiyyət qurmağı bacarmalıdır. Cavan uşaqları “Məktəblinin dostu” adı ilə orta təhsil müəssisəsinə qoymaq  heç bir effektiv nəticə verməyəcək, əksinə uğursuz layihələrə yol açacaq”.

 

O qeyd edib ki,regionlarda layihənin tətbiqi effektiv nəticə verməyəcək:

 

Hazırda region məktəblərində  şagird kontingenti 1000 və üzəri olan məktəblərdə layihə tətbiq edilə bilər, lakin heç bir praktiki təcrübəsi olmayan şəxsin gəlib məktəbdə belə bir işdə çalışmasına ehtiyac görmürəm, bu, problemlərin daha da böyüməsinə yol açacaq.

 

 

Müasir dövrdə təhsil sahəsi ilə ayaqlaşmaq üçün  fərqli idarəçilik həyata keçirmək lazımdır. Çünki tələbatlar gündən-günə dəyişir və dünya müasirləşməyə doğru gedir. İnsanların psixologiyası və davranışlarında müəyyən fərqliliklər yaranır. ”Məktəblinin dostu”olmaqdansa, orta təhsil müəssisələrində qabiliyyətli, öz işini bilən  psixoloqların sayını artırmaq daha vacibdir. Psixoloqların sayının artması hazırkı dövrdə bizim üçün çox vacibdir.

 

Mənim çalışdığım məktəbdə 3 ildir  ki, psixoloq vəzifəsi boş qalıb. Heç kim bu işə gəlmir, bu, düşür mənim  və digər pedaqoji heyətinin üzərinə. Biz əlimizdən gələni edirik, amma  psixoloqun olmamağı və onun yoxluğu hər zaman bilinir. Ona görə də məsləhət görərdim ki, “Məktəblinin dostu” əvəzinə psixoloqların sayı artırılmalıdır.

 

350 manat maaş ilə heç kim evdəki qayğılarını ödəyə bilmir, 500 üzəri maaş ilə “Məktəblinin dostu” əvəzinə psixoloqların sayı artırılmalıdır. Bu, daha effektiv nəticə verəcək. Bu, həm idarəçilik, həm pedaqoji  inkişafımıza səbəb ola bilər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları