Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 09:28:00
“Şərəfli müəllim əməyinin formalaşdırdığı yeni nəsil uğurlarımızı artıracaq”-Rektordan TƏBRİK

 

UNEC rektoru, professor Ədalət Muradov Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin müəllimlərini təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

“Bu gün Müəllim Günüdür. Bu münasibətlə UNEC-in hər bir müəllimini təbrik edir, möhkəm can sağlığı, uzun ömür, bol-bol uğurlar arzulayıram. İnanıram ki, şərəfli müəllim əməyi nəticəsində formalaşan yeni nəsil ölkəmizin uğurlarını daha da artıracaq, Azərbaycanın Bayrağını daha da yüksəklərə qaldıracaq! Allah sizi və doğmalarınızı qorusun.

Müəllim gününüz mübarək!

Hər şey daha da yaxşı olacaq!”