Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 09:36:00
“Həmin gün şagird iki telefon gətirib, birini sinif rəhbərinə verib,digərini özündə saxlayıb”-Məktəbdən AÇIQLAMA

 

Sosial şəbəkələrdə 112 nömrəli tam orta məktəbdə bir şagirdin digərinə şiddət göstərməsilə bağlı görüntülər yayılıb.

 

Görüntülərdə həmin anın başqa bir şagird tərəfindən gülərək lentə alması əks olunur.

 

Bakı şəhəri 112 nömrəli tam orta məktəbdən AzEdu.az-a verilən məlumata görə, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib:

 

“Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb”.

 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata əsasən,  müvafiq araşdırmanın aparılıdığı bildirilib:

 

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür”.