Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 14:59:00
Goranboy təhsil işçiləri Anım Günü ilə əlaqədar şəhidləri ziyarət ediblər

 

 

Goranboy rayon Səmədabad kənd tam orta məktəbinin direktoru Ələşrəf Bağırov, Arəstə Baxışova adına 2-ci sinif şagirdləri 27 sentyabr Anım Günü ilə əlaqədar həmin kəndin itkin şəhidi Eldar Cabbarovun xatirəsinə ucaldılmış partretin qarşısına gül dəstələri qoyublar.

 

Onlar ,həmçinin, rayonun Borsunlu kəndinin üç şəhidini də ziyarət ediblər.

 

Goranboy rayon Səmədabad kənd tam orta məktəbinin Arəstə Baxışova adına 2-ci sinif müəllimi Şəlalə Mürsəlova görüş barəsində AzEdu.az-a danışıb.

 

“Şəhidlərin xatirəsinə hazırlanan əklili qoyduqdan sonra şagirdlərin  müxtəlif çıxışları oldu. Şəhid övladı  Əfqan Həmzəyevin evində olduq və ailəsi ilə görüşdük.  Kəlbəcər vətandaşı olaraq yurdumuzun azad olunmasını şəhidlərə borcluyuq.

 

Müəllim kimi şagirdlərimin vətənpərvər olması üçün əlimdən gələni edirəm”.

 

No description available.

 

 

No description available.

 

 

No description available.

 

 

No description available.

 

 

 

No description available.