Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-02 15:35:00
Yüz minlərlə uşaq təhsilsiz qaldı

Nigeriyada 1,2 milyon uşağın təcili təhsilə ehtiyacı var.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nigeriya Müəllimlərin Qeydiyyat Şurası məlumat yayıb.

 

Bildirilib ki, ölkənin Ajiboye, Borno, Adamava və Yobe əyalətlərində Boko Haram və İSWAP terror təşkilatlarının hücumlarından ən çox uşaqlar təsirlənib. Bu əyalətlərdə baş verən terror hücumları səbəbiylə 1,2 milyon uşağın təcili təhsilə ehtiyacı olduğu vurğulanıb:

 

"Nigeriyanın şimal-şərqindəki terror və iğtişaşlarla bağlı 2009-cu ildən bəri 1500-dən çox məktəb bağlanmalı olub. Əyalətlərdə 910 məktəb ya zədələnib, ya da dağılıb. 2295 müəllim isə həlak olub".

 

 Ölkədə baş verən terror hadisələri xarici sərmayələri azaldıb və bu da yerli iqtisadiyyatı gün-gündən zəiflədir”.