Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 14:46:00
“Bizdə dərslik mafiyası yaradılıb və işə necə gəldi yanaşırlar”-Sabir  Rüstəmxanlı

 

 Ümumi olaraq müəllimlərimiz  səviyyəsi aşağıdır, baxmayaraq ki,  sertifikasiya prosesinə start verilib, həmçinin təhsil işçilərinin inkişafını öyrənmək üçün sorğular keçirilir.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

 

Artıq bir neçə gündür ki, 2022-2023-cü tədris ilinə start verilib.

 

Yeni tədris ilinə ölkə təhsili bir sıra problemlərlə qədəm qoyur.

 

Lakin bu problemlərin hər biri müxtəlif şəxslər üçün fərqli xarakter daşıyır və onlar bu kimi halları fərqli baxış bucaqlarından görürlər.

 

Sabir Rüstəmxanlı təhsil sahəsindəki problemlərdən söz açıb:

 

Hazırda təhsil sahəsində problemlər olduqca çoxluq təşkil edir. Bu məsələ ilə bağlı bir çox məqalələr dərc etmişəm. Mənfi hallardan biri də ana dillinin tədrisi sistemi ilə əlaqəlidir. Azərbaycan dilinə olan diqqət artırılmalı və onun imkan dairələri təhsil sahəsində genişləndirilməlidir”.

 

O, qeyd edir ki, dərsliklərdəki mənfi halların sayı olduqca çoxdur:

 

Digər problem isə dərsliklərin keyfiyyətinin aşağı olması ilə bağlıdır. Təəssüf ki, ölkəmizdə dərslik mafiyası yaradılıb. Dərsliklərin çap edilməsi bu gün müəyyən zümrələrin əlində cəmlənib. Onların hazırlanmasına necə gəldi yanaşılır, hətta bu kimi hallar ədəbiyyat sahəsinə də sıçrayır və ciddi problemlər törədir. Dərsliklər hazırlanarkən onların ictimai müzakirəsi təşkil edilmir və insanların fikri öyrənilmir”.

 

Deputat ucqarlardakı problemlərə toxunub:

 

Digər problemlərdən biri isə ucqar bölgələrdə xarici dil müəllimlərinin çatışmazlığı və onun doğurduğu məsələlərdir”.

 

Sabir Rüstəmxanlı müəllimlərin təhsil səviyyəsinin aşağı olduğunu vurğulayıb:

 

Ümumi olaraq müəllimlərimiz  səviyyəsi aşağıdır, baxmayaraq ki,  sertifikasiya prosesinə start verilib, həmçinin təhsil işçilərinin inkişafını öyrənmək üçün sorğular keçirilir. Lakin bütün bunlara baxmayaraq, bir çox yerlədə müəllimlərin səviyyəsi aşağı olaraq qalmaqdadır”.