Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-22 09:14:00
Şagird övladınızı ABŞ-a aparacaq proqram - İnanılmaz faydaları- Yararlanın 

 

Xaricdə, xüsusilə Amerika kimi inkişaf etmiş və keyfiyyətli təhsili ilə seçilən, dünyanın ən nüfuzlu bir neçə universitetinə sahib olan ölkədə təhsil almaq bir çox gəncin arzudur.

 

Sadəcə tələbələr deyil, şagirdlərin də bu ölkədə təhsil almaq şansları var. 25 ildən çoxdur ki, Azərbaycanın da qoşulduğu FLEX proqramı sayəsində bu mümkündür.

 

Bəs FLEX nədir? Proqramda kimlər iştirak edə bilər?

 

AzEdu.az proqram haqqında bütün suallara cavab olaraq ətraflı məlumatı təqdim edir.

 

FLEX Proqramı Amerikada təqaüdlə təhsil almaq istəyən orta məktəb şagirdlərinin müraciət etdikləri tələbə mübadilə proqramıdır. Açılışı “Future leader’s exchange” olan Flexin ana dilimizə tərcüməsi isə “Gələcəyin liderləri mübadiləsi”dir. ABŞ dövləti tərəfindən maliyyələşdirilən bu proqrama hər il dünyanın dörd bir yanından 30000 nəfərə yaxın şagird müraciət edir. Həmin şagirdlərdən yalnız 800-900 nəfəri seçilir. Azərbaycanın bu proqrama qoşulduğu müddətdə hər il 16-20 nəfər arasında şagirdimiz proqramda iştirak etmək hüququ qazanır. FLEX 10 ay yəni bir təhsil ili üçün nəzərdə tutulmuş bir programdır. Bu proqram vasitəsilə şagirdlər ABŞ-da qalıb öz biliklərini artıra bilərlər.

 

 

Proqramın şagirdlərin üçün bir çox faydalı tərəfləri var. FLEX proqramı ilə şagirdlər həmçinin ingilis dil biliklərini təkmilləşdirə, fərqli mədəniyyətlərlə tanış ola və öz yaşıdlarından fərqli olaraq xarici dünya görüşlərini artıra və inanılmaz təcrübəyə malik olmaq imkanı qazanacaqlar.

 

FLEX programı necə maliyyələşdirilir? Şagirdin hər hansı xərci olurmu?

 

FLEX programı tamamilə pulsuzdur və Amerikadakı müxtəlif təşkilatlar, sizi qəbul edən ailələr tərəfindən maliyyələşdirilir. Yəni iştirakçıların, bütün uçuş biletləri, visa və siğortaları, həmçinin aylıq 100-150 dollar (təşkilatdan asılı olaraq dəyişir)arası olan təqaüdləri həmin bu proqramlar tərəfindən ödənilir. Bir il ərzində isə siz könüllü yəni heç bir ödəniş almadan sizi qəbul etmiş bir ailədə həmin ailənin bir üzvü kimi yaşayırsınız, yemək və ev xərcləriniz də onlar tərəfindən qarşılanır. Məktəb isə ailənin və sizi qəbul edən təşkilatın yaxınlığında seçilir.İştirakçıların təhsil alacaqları və yaşayacaqları ailəni seçmək imkanları yoxdur, onlar sizi seçirlər. Seçilən şagirdin sadəcə xarici pasport almaq üçün xərci ola bilər.

 

Flex Proqramı ilə Amerikada Təhsil-2022 Xaricdə Təhsil

 

Proqrama qəbul şərtləri Nələrdir?

 

Flex proqramına qəbul imtahanlarla keçirilir və 3 mərhələdə təşkil olunur. İmtahanlar isə əsasən 15 sentyabr tarixində başlayıb və 15 oktyabrda isə bitir. 1 ay davam edən imtahan aşağıdakı mərhələlərdən ibarətdir:

 

FLEX imtahanı 3 turdan ibarət olur. İmtahanını birinci turu əsasən, 15 sentyabrla- 15 oktyabr arasında müəyyən edilən tarixdə (yaşadığınız şəhərdən asılı olaraq) keçirilir. İmtahan tarixlərini  American councils   saytına daxil olaraq həmin yoxlamaq mümkündür. Birinci tur üçün sizə lazım olan sadəcə olaraq, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin surəti və əsli, 3x4-ə şəkil və bir də qələminizi götürərək sizə ən yaxın olan imtahan məntəqəsinə getməkdir. Qeydiyyat elə imtahan günü həmin yerdəcə aparılır və siz imtahana buraxılırsınız.

 

Birinci turda ingilis dilində 15 sualdan ibarət test təqdim olunur və imtahan sadəcə 15 dəqiqə çəkir. Suallar sadə ingilis dili bilikləri olanlar üçün asandır deyə bilərik. Bu turun nəticələri ya həmin gün, ya da 1 gün sonra açıqlanır və siz ikinci tura dəvət olunursunuz.

 

İkinci tur normalda birinci turdan sonrakı 1 ay ərzində keçirilir və bu tur üçün şəxsiyyət vəsiqəniz və ya doğum haqqında şəhadətnamənizlə imtahana buraxılırsınız. Bu turda siz əvvəlcə Dinləmə (Listening) -dən imtahan verirsiniz. Yəni imtahan otağında səs ucaldanla müxtəlif dialoqlar və ya hekayələr səsləndirilir və siz onların cavablarını cavab kartında işarələyirsiniz. Bundan sonra isə ingilis dilində inşa yazmağınız tələb olunur. İnşa suallarını siz seçmirsiniz. İkinci turun nəticələri də 1 ay ərzində elan edilir və üçüncü tur üçün şans qazanırsınız.

 

Üçüncü tur da ikinci turdan sonrakı 1-2 ay ərzində keçirilir. Bu zaman sizdən müsahibə götürülür və yenə inşa yazmağınız tələb olunur. İnşa sualları da çox asan olur. Həmçinin sizə evdə və məktəbdə ailənizə və müəllimlərinizə, həmçinin də özünüzə doldurmaq üçün formalar (sənədlər) verilir.

 

Üçüncü turun cavabları isə ən azı 4-5 ay ərzində, yəni mart-aprel aylarında açıqlanır. Siz seçilsəniz və ya seçilməsəniz belə sizə zəng edib bu haqda məlumat verilir. Nəticədə sizya seçilməmisiniz, ya seçilmisiniz və artıq programla 1 il ərzində Amerikada təhsil şansı qazanmısınız, sonuncu variantda isə alternativ olmusunuz. Yəni, əgər seçilmiş finalistlərdən hər hansısa birisi imtina edərsə, yaxud müəyyən səbəblərə görə iştirak edə bilməzsə demək ki, onun yerinə siz gedəcəksiniz.

 

Bütün mərhələlərdən uğurla keçdikdən sonra Amerikan konsulluğu sizə sənədləri hazırlamaqda köməkçi olur və bütün suallarınızı cavablandırır.

 

Proqramda kimlər iştirak edə bilər?

 

  • 15-17 yaş arası 9, 10 və 11-ci sinif şagirdləri

 

  • İngilis dili imtahanlarını keçə biləcək səviyyədə dil bilikləri olanlar

 

  • Xarici pasport almaq imkanına malik olan Azərbaycan vətəndaşları

 

  • Amerika vizası almaqda heç bir problemi olmayan namizədlər bu proqramda iştirak etmək hüququna malikdirlər.

 

İştirakçı proqramı bitirdikdən sonra Azərbaycana qayıdıb imtahanları ölkədə verdikdən sonra Amerika universitetlərinə qəbul ola bilər. Bununla yanaşı proqram müddəti ərzində 18 yaşı tamam olmuş şəxslərin ölkəyə qayıdan kimi hərbi xidmətə çağırılma ehtimalı da var.