Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-23 10:01:00
LDU-da yay semestrinin imtahan sessiyası davam edir
Lənkəran Dövlət Universitetində (LDU) 2021/2022-ci tədris ilinin yay semestrinin imtahan sessiyası davam edir. Universitetin I saylı tədris korpusunda əyani formada keçirilən imtahanlar saat 9.00-da başlanır və 11.30-da başa çatır.
 
 
AzEdu.az xəbər verir ki, İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq, müvafiq tədbirləri həyata keçirmək məqsədi ilə Operativ Qərargah yaradılıb( əlaqə nömrəsi 025-25-5-24-17).
 
Eyni zamanda, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması məqsədi ilə Apellyasiya komissiyasının yaradılması təmin edilib.
 
Qeyd edək ki, 22.08.2022-ci il tarixdə start götürən imtahan sessiyası 26.08.2022 –ci il tarixdə yekunlaşacaq.