Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-17 15:00:00
Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş təşkil edilib

Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş ümumtəhsil müəssisələrinin digər dildə tədris aparılan bölmələri üzrə dərs deyən ibtidai sinif müəllimləri üçün təşkil olunub.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Direktoru Nəzakət Mehdiyeva və Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, “Tərəqqi” texniki-humanitar liseyinin ibtidai sinif müəllimi Xumara Ağacanova, BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və ibtidai sinif müəllimləri iştirak ediblər.

 

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışılıb. Sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səslənib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.

 

İştirakçılar, həmçinin təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə məlumatlandırılıb, onlara nümunə test tapşırıqları izah edilib.

 

Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.