Azedu.az

Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları açıqlanıb

11 Avqust 2022, 15:38
Məktəbəhazırlıq qruplarının dərs və tətil vaxtları açıqlanıb

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəhazırlıq qruplarının tədris planında qeyd olunub.

 

Bildirilib ki, I yarımil 1 oktyabr - 26 yanvar; II yarımil 1 fevral - 31 may tarixlərini əhatə edir.

 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

 

payız tətili: 16-20 noyabr (5 gün);

 

qış tətili: 27-31 yanvar (5 gün);

 

əlavə tətil: 1-5 may (5 gün).

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox