Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-09 16:39:00
AzTU və Ankara universitetləri ikili diplom layihəsi həyata keçirir

Azərbaycan Texniki Universiteti (AzTU) və Ankara Universiteti arasında imzalanmış ikili diplom müqaviləsinə əsasən, 2022/2023-cü tədris ilində kompüter mühəndisliyi ixtisası üzrə ilk dəfə qəbul həyata keçiriləcək. Bu, AzTU və Ankara Universitetinin həyata keçirdiyi ilk ikili diplom layihəsidir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, müqavilə Türkiyənin Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu – YÖK) tərəfindən təsdiqlənib.

Qeyd edək ki, AzTU və Ankara Universiteti arasında ikili diplom müqaviləsi ötən il imzalanıb.