Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-02 11:03:38
Bağçalara  işə qəbul üzrə qeydiyyat AKTİVLƏŞDİ-SON TARİX 
Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə elektron sənəd qəbuluna start verildi
 
 
AzEdu.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başladı. Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 2-9 avqust tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 2 avqust saat 11:00-dan 9 avqust saat 11:00 -dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
 
 
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!
Gülcahan Məmmədova
Müəllifin digər yazıları