Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-30 09:49:00
Alimlərin mənzil problemi ilə bağlı xüsusi komissiya yaradıldı

 

 

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin açıq iclası keçirilib.

 

Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri ilə yanaşı, elmi ictimaiyyətin nümayəndələri, doktorant və dissertantlar, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.

 

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Rəyasət Heyətinin açıq iclaslarının davamlı olaraq təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.

 

AzEdu.az xəbər AMEA-nın Aspirantlar Yataqxanasında yaşayan Akademiya əməkdaşlarının mənzil təminatı məsələsi barədə danışan akademik Arif Həşimov bu problemlərin həlli üçün xüsusi komissiyanın yaradılması təklifi ilə çıxış edib. Təklif Rəyasət Heyətinin üzvləri tərəfindən qəbul edilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları