Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-29 14:37:00
Tədrisi birinciliklə bitirən tələbələr AzEdu.az-a danışdılar –Uğur sirləri, qeyri-adi maraq və fəaliyyətləri-FOTOLAR

 

Hazırda ölkəmizdə tədris ili başa çatıb, universitetlərdə məzun günləri keçirilir.

 

Hər zaman olduğu kimi bu il də məzunların bir qismi təhsil göstəriciləri ilə fərqlənirlər.

 

Azərbaycan Texniki Universiteti də bakalavriat və magistratura səviyyəsində göstəricilərinə əsasən ən yaxşı məzunlarının adlarını açıqlayıb.

 

Universitetin bakalavriat səviyyəsini ən yüksək ortalama (97,63) ilə bitirən məzun İlkin Orucov AzEdu.az-a təhsil müddətindən danışıb.

 

İlkin Orucov, 2018-ci ildə Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydən məzun olduqdan sonra, AzTU-nun Sənayenin təşkili və idarə olunması ixtisasına qəbul olub.

 No description available.

İlkin bu müddətdə daha çox ixtisas fənlərinə hazırlaşmağı sevdiyini, özünü inkişafa istiqamətləndiyini bildirib:

 

“Bakalavr təhsili müddətində sadəcə imtahana hazırlaşanda müəyyən qədər çətinliklər olurdu. İxtisasım üzrə tədris edilən dərslərə sevərək hazırlaşırdım, amma qeyri-ixtisas fənlərini o qədər də sevmirdim. Həmçinin bu müddətdə kurslara gedir, ingilis dilimi inkişaf etdirməyə çalışırdım. Əsasən dərslərə və özümü inkişaf etdirməyə yönəlmişdim. Bununla yanaşı, müxtəlif şirkətlərdə ixtisasım üzrə könüllü kimi də fəaliyyət göstərmişəm”.

 

No description available.

O, hətta bir neçə nüfuzlu universitetdən qəbul aldığını və təhsilini xaricdə davam etdirəcəyini də qeyd edib:

 

“Təhsilimi xaricdə davam etdirmək istəyirəm. Almaniyanın Bonn Universitetindən İqtisadiyyat,  Polşanın Jagiellonian Universitetindən Biznes və maliyyə menecmenti, Rusiyanın HSE Universitetindən maliyyə analitiki ixtisasları üzrə qəbul almışam. Avqusta kimi seçimimi edəcəm”.

 

Magistratura səviyyəsi üzrə ən yüksək ÜOMG (99,43) ilə bitirən məzun Lalə Abdullazadə AzEdu.az-a açıqlamasında bakalavr təhsilini da AzTU-da aldğını, universitetə 16 yaşında qəbul olduğunu bildirib:

 

Lalə Abdullazadə, 2016-cı ildə Azərbaycan Texniki Universitetinin Meterologiya, Standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasına qəbul olub.

 

Lalə, bakalavriaturaya qəbul olduğu zamanlarda müəyyən çətinliklər yaşadığını, ancaq daha sonra ixtisasını sevdiyini və bunun öhdəsindən gəldiyini qeyd edib:

 

“Universitetə 16 yaşımda qəbul olmuşdum, bu səbəblə adaptasiya ilə bağlı müəyyən çətinlik yaşadım, bu II kursa kimi davam etdi. Daha sonra Meterologiya və Standartlaşdırma kafedrasında tədrisə başladıq. Burada müəllimlər ixtisasımızın mahiyyəti tam şəkildə öyrədir, ixtisası sevdirməyi bacarırdılar. İxtisası sevməyə başladıqdan sonra dərslərimə həvəsim daha da artdı. Bu kafedraya keçdikdən sonra demək olar ki, bütün göstəricilərim yüksək idi, əlaçı tələbə idim. Beləliklə bakalavr təhsilimi 88.67 ortalama ilə başa vurdum”.

 

No description available.

 

Universitet birincisi, bu müddətdə məşğul olduğu sosial aktivliklərdən də danışıb:

 

“III kursdan etibarən Tələbə Həmkarla İttifaqına üzv oldum, universitet daxilində və kənarda köməyə ehtiyacı olan hevanlara yardım klubunu təsis etdim. Klub çərçivəsində müəyyən tədbirlər təşkil edir, burada toplanan məbləğlə heyvanlara dəstək göstərirdi. Bununla yanaşı həmkarla ittifaqının tərkibində qadınlar klubu da fəaliyyət göstərirdi. Orada da qadınların təhsili, məlumatlandırılması istiqamətdə işlər həyata keçirirdik. Eyni zamanda meditasiya ilə məşğul olmağı sevirəm, Meditasiya təlimçisi və şüuraltı terapiya ilə məşğul olmaqdan zövq alıram”.

 

No description available.

 

O, magistraturaya qəbul zamanı ixtisası üzrə ən yüksən nəticəni göstərdiyini və sevərək hazırlaşdığını nəzərə çatdırıb:

 

“Mənim hər zaman keyfiyyət, keyfiyyətə nəzarət sahəsinə böyük marağım olub. Çünki burada standartlar, normalarla işləmək və bunların tələbini görmək lazım idi. III kursdan magistraturaya hazırlaşmağa qərar verdim. Son kursda da hazırlaşmağa başladım, bizim qəbul olduğumuz il imtahanlarda müəyyən dəyişikliklər oldu. 71 balla ixtisas üzrə birinciliklə magistraturaya istədiyim ixtisasa qəbul oldum. Gözləntilərimiz çox idi, amma təəssüf ki, pandemiya, müharibə, onlayn təhsil bizi çətinliyə saldı. Yenə də müəllimlərin dəstəyi ilə təhsilimizi davam etdirdik və yaxşı nəticə əldə etməyimiz mümkün oldu”.

 

No description available.

 

Lalə, təhsili ilə bağlı gələcək planları haqqında sualımızı isə belə cavablandırıb:

“Bakalavriat təhsilimi bitirdiyim zamandan etibarən ixtisasım üzrə işləyirəm. Gələcəkdə məqsədim karyeramı daha da böyütmək və bu yolda irəliləməkdir. Hazırda isə doktorantura təhsilimi ökləmizdə, yaxud xaricdə davam etdirməyimlə bağlı qərar mərhələsindəyəm”.

 

No description available.