http://www.position.az/ https://www.zirve.edu.az/
2022-06-27 15:48:00
Övladınızın zehni inkişafı üçün BUNLARI edin  

Həyatının ilk illəri uşağın zehninin inkişafı üçün çox vacibdir. Müəxəssislərin fikrincə, valideynlər övladlarının beyninin inkişafına kiçik yaşlarda başlamalıdır.

 

Beyni inkişaf etdirməyin müxtəlif yolları var.

 

AzEdu.az təqdim edir

 

Onun mütaliə etməsinə və xəyal qurmasına şərait yaradın -  Mütaliənin beyin inkişafında rolu inanılmazdır. "Xəyallar elmdən üstündür" deyən Eynşteynə qulaq asaraq, onu da xəyal qurmağa sövq edin. Xəyal qurmaq uşaqda yaradıcı zəkanı inkişaf etdirir.

 

Beynin inkişafı üçün faydalı olan qidaları tükədin -  Tərkibində faydalı maddələr, vitaminlər, yağ turşuları və omeqa-3 turşuları yüksək olan qidalar beynin sağlam inkişafını təmin edir (balıq, qoz, yumurta,  badam ,  alma və süd məhsulları).

 

İntelektual oyunlar oynayın- Beş-altı yaşında uşaq oyun qaydalarına əhəmiyyət verməyə və onlara riayət etməyə başlayır. Həm də bu yaşda fantaziya sürətlə inkişaf etməyə başlayır. Buna görə də zehnin inkişafına yararlı oyunlar oynayın.

 

Danışdıqlarının rəsmlərini çəkməsini istəyin - Uşaq danışdıqlarını kağız üzərinə köçürəndə beynin bir çox nöqtəsini xəbərdar etmiş olur və bu da inkişafa dəstək verən yaradıcı amildir.

 

Uşağınızı video-lentə alın - əvvəl səsini dinlədin, sonra  görüntünü izlədin. Məsələn, şeir söylədikdən sonra - özünü seyr edərək daha gözəl necə edə biləcəyini görə biləcək.

 

Bildirək ki , Uşağın doğru və sağlam bir şəkildə inkişafını tamamlaması üçün valideynin onu müşahidə etməsi olduqca əhəmiyyətlidir