http://www.position.az/ https://www.zirve.edu.az/
2022-06-23 17:23:00
Lənkəran məktəblilərinin yay festivalı keçirilib  

Lənkəran məktəblilərinin yay festivalı keçirilib.

 

AzEdu.az xəbər verir ki, festivalda 20 fəaliyyət sahəsi üzrə 700-dən çox şagird, 100-dən çox valideyn və müəllimin, eyni zamanda bölgənin ölkə üzrə nüfuzlu ziyalılarının, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimləri iştirak edib.
"Lənkəran məktəblilərinin yay festivalı" Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və özəl otellərdən birinin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutub.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov tədbdə Lənkəran rayonu məktəbliləri ilə yanaşı regionun digər məktəblərindən də şagird və müəllimlərin könüllülük əsasında festivala qoşulduqlarını bildirdi. Festivalın önəmini açıqladı.

 

“Müxtəlif istiqamətlərdə şagirdlərimiz özlərini təqdim edə bilir. Bu bir kommunikasiyadır, ünsiyyətdir, təqdimat bacarığıdır. Bir tədrisdir. Yay məktəbi layihəsinin uğurlu şəkildə təqdim olunması və icrası deməkdir. Şagirdlər yeni dostlar qazanırlar, müxtəlif regionlardan olan müəllimlər bir-birini tanıya bilir. Bu bizi çox məmnun edir. Gələcəkdə də müxtəlif istiqamətlərdə bir-birini təkrarlayan, yaxud yeni layihələr həyata keçirə biləcəyimizə inanırıq.”

 

Festivalda “Yay məktəbi” çərçivəsində bilik yarışmaları, futbol oyunları keçirilib, fənlər üzrə nümunəvi dərslər tədris edilib, həmçinin peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi nümayiş etdirilib. Eyni zamanda, şagirdlərə ixtisas seçimi və peşə bacarıqlarının aşılanması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilib, rəsm və kitab sərgisi nümayiş olunub.

 

Nümayiş olunan səhnəçiklər və konsert proqramı festival da rəngarənglik qatıb.