Azedu.az

SABAH qruplarına müəllim seçimi davam edir  

Təhsil Nazirliyi

21 İyun 2022, 17:39
SABAH qruplarına müəllim seçimi davam edir  

Təhsil Nazirliyinin SABAH qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunur. 

 

AzEdu.az xəbər verir ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

 

Qeyd edilən tələblərə cavab verən namizədlər 24 iyun saat 00:00-dək müraciət edə bilərlər. 

 

Müsabiqə barədə ətraflı məlumatı linkə (//sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplarinda-bakalavr-20222023ci-tedris-ilinin-payiz-semestrinde-muxtelif-fenlerin-tedrisini-aparmaq-meqsedile-vakant-yerler-ucun-professor-muellim-heyeti-ve-mutexessisler-saathesabi-qaydada-ise-devet-olunu) daxil olaraq əldə edə bilərsiniz.

Sadıkovla bağlı şok sirlər ÜZƏ ÇIXDI-Əsgərləri qırğına belə göndərib
Son xəbərlərDaha çox