Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesablarında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
AzEdu.az paylaşımı təqdim edir.
"1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam və xoşbəxt gələcək arzulayıram.
Sabahımızın gücü uşaqlarımızın aldıqları təhsildə, qazandıqları bilik, bacarıq və dəyərlərdədir.
Bayramınız mübarək, əziz uşaqlar!".
