Azedu.az

Məktəbli 85 milyon illik nəhəng qalıqları tapdı

Maraqlı

12 İyun 2026, 08:57
Məktəbli 85 milyon illik nəhəng qalıqları tapdı

ABŞ-nin Kanzas ştatında 11 yaşlı məktəbli geologiya klubunun çöl ekspedisiyasında iştirak edərkən təxminən 85 milyon il əvvələ aid qədim dəniz sürünəninin bütöv skeletini tapıb.

AzEdu.az xəbər verir ki, bu nadir kəşf barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin sentyabrında şagird karxanada qaya səthindən çıxan bir neçə böyük fəqərə sümüyü görüb.

Aparılan üç əlavə qazıntı işi nəticəsində klubun üzvləri Təbaşir dövründə dənizlərdə hökmranlıq etmiş nəhəng dəniz sürünəni - 4.5 metrlik tilozavrı torpaqdan çıxarıblar. Aşkar edilmiş qalıqlara böyük kəllə sümüyü və skeletin əsas hissəsi daxildir.

TƏCİLİ! İrandan ABŞ-yə AĞIR ZƏRBƏ - Qırıcılar məhv edildi!
Son xəbərlərDaha çox