Ali təhsil müəssisələrində növbəti tədris ilinin başa çatması ilə əlaqədar olaraq, hər il minlərlə gənc üçün ən unudulmaz anlardan biri də "Məzun günü" tədbirləridir.
Tələbələrin həyatında xüsusi önəm kəsb edən bu təntənəli günün təşkili və miqyası həm də universitetlərin bu prosesə ayırdığı maliyyə vəsaitindən birbaşa asılıdır.
AzEdu.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirdib.
Sorğumuza cavab olaraq Lənkəran Dövlət Universitetindən (LDU) bildirlib ki, Həmkarlar Komitəsinin xətti ilə 1800 manat vəsait ayrılıb.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bidlrilib ki, "Məzun günü" üçün 82 600 manat vəsait ayrılıb.
Azərbaucan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətindən bildirlib ki, hazırlıqlar hələ davam etdiyindən dəqiq rəqəm bəlli deyil.
Digər universitetlər sorğuda iştirak etməsələrdə AzEdu.az-ın əldə etdiyi məlumata görə:
Bakı Dövlət Universiteti (BDU) "Məzun günü" ilə bağlı 250 313,40 manat, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 6 966,72 manat vəsait ayırıb.