Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-10 10:46:00
AMEA-dan Şuşaya görə aldadılan alimlər haqda AÇIQLAMA  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  İnformasiya şöbəsi bir qrup alimin Şuşaya aparılmaq adı ilə aldadılmasına dair yayılan xəbərlərdə deputat, akademik İsa Həbibbəylinin adının hallandırılmasına etiraz edib.



AzEdu.az xəbər verir ki, məlumatda deyilir:



“Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar  Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur”.



Xatırladaq ki, bir qrup alim Şuşaya aparılmaq adı ilə aldadıldığını iddia edib.



Aldadılan alimlər adından danışan tarixçi Arif Gürşadoğlu Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan üzrə baş təmsilçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşı Əlvan Cəfərovu dələduzluqda ittiham edib.



Arif Gürşadoğlunun iddiasına görə, Şuşada konfransa dəvət vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alim aldadılıb. Hər adamdan 70 manat pul alındıqdan sonra cəmi 100 nəfər Şuşaya aparılıb, gedə bilməyən 370 nəfərin pulu isə qaytarılmayıb.



Daxili İşlər Nazirliyi məsələnin araşdırılacağını vəd edib.