Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-25 09:15:00
Məktəblilər üçün onlayn formatda “Ekoloji triada” aksiyası keçirilib

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə mayın 22-24-də məktəblilər üçün onlayn formatda “Ekoloji triada” aksiyası keçirilib.

 

Bu barədə AzEdu.az-a Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən məlumat verilib.

 

Tədbiri açıq elan edən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə aksiyanın əhəmiyyətindən bəhs edib.

 

Abşeron, Ağgöl, Şirvan, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama milli parklarının direktorları bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin, xüsusilə milli parkların əvəzedilməz rolu olduğunu qeyd ediblər. Xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.

 

Tədbirdə “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramının Bakı şəhəri üzrə 40 ümumtəhsil müəssisəsi və regionlarda fəaliyyət göstərən 30 Uşaq-Gənclər İnkişaf Mərkəzinin 100-ə yaxın gənc ekoloqları və Bakı Dövlət Universitetinin tələbələri iştirak ediblər.

 

“Ekoloji triada” aksiyasında Azərbaycanın milli parkları haqqında məlumatı özündə əks etdirən qısa videoçarxlar nümayiş olunub, gənc ekoloqları maraqlandıran suallar cavablandırılıb.