Yaponiyanın Azərbaycandakı səfirliyi 2022-2023-cü tədris ili üzrə Yaponiya Dövlət Təqaüd Proqramı üzrə sənəd qəbuluna başlayıb.
Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı üç istiqamət üzrə təklif olunur və ali təhsilin müxtəlif səviyyələrini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix iyunun 3-ü və 10-u (proqramdan asılı olaraq) nəzərdə tutulub.
Təqaüd proqramı barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.