http://www.position.az/ https://www.zirve.edu.az/
2022-05-20 16:35:00
Şagirdlər Şəhidlərin obrazlarını canlandırdı - FOTOLAR

18 may 2022-ci ildə 62 saylı məktəb-liseydə "Çiçəklənən Azərbaycan" adı altında ədəbi-bədii gecə keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbir müəllim-şagird-valideyn əməkdaşlığı çərçivəsində ərsəyə gəldib.

 

Bu tədbirdə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq "Şuşa ili", Ümummilli lider Heydər Əliyevin 99 illiyi qeyd edilib. Gecədə müəllimlər və şagirdlər müxtəlif tarixi şəxsiyyətlərin və şəhidlərin obrazlarını canlandıraraq səhnələşdiriblər.

 

Tədbirdə müəllimlər, valideynlər, şagirdlər və qonaq qismində lI Qarabağ savaşının qazisi İsmayıl Hüseynov da iştirak edib. Ədəbi-bədii gecənin senarisi məktəb-liseyin ingilis danışıq mərkəzinin kordinatoru, ingilis dili müəlliməsi Kamilə Abbasova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Gülnarə Abbasova, Mehriban Məmmədova və Arzu Qafarova, səhnəciklərin quruluşu isə məktəbin musiqi müəllimi İradə Muradova tərəfindən hazırlanıb. 

 

Bildirilib ki, belə tədbirlər şagirdlərin hərtərəfli inkişafında boyük rol oynayır. Buna görə də 62 saylı məktəb-liseydə təhsillə yanaşı, şagirdlərin geniş dünyagörüşünə sahib olmaları üçün bu cür tədbirlərə daim önəm verilir.