Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 16:47:00
23-24 apreldə keçirilən imtahanların cavabları nə vaxt bilinəcək?- DİQQƏT

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 23-24 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

 

İmtahanlar Bakı şəhərinin Qaradağ, Yasamal rayonlarında, Ağdaş, Ağsu, Beyləqan, Cəlilabad , Hacıqabul, Goranboy, Qobustan, Tovuz, Xaçmaz  rayonlarında, Naftalan, Şirvan və Sumqayıt şəhərlərində, aprelin 24-də isə Bakı şəhərinin Xətai, Xəzər rayonlarında, Abşeron, Füzuli, Quba, Masallı, Neftçala, Şəmkir, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, həmin  imtahanların nəticələri bu həftə ərzində elan olunacaq.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.