Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 17:48:00
ADA Universitetinin nümayəndələri UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında-FOTO

ADA Universitetinin nümayəndələri UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında olublar.

 

AzEdu.az xəbər verir ki. UNEC Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Qələndər Məmmədli və Bloomberg Maliyyə Laboratoriyasının direktoru Əkbər Əsgərov ADA universitetinin Biznes fakültəsinin professoru Dr. Omar Farooq, MDS, kitabxana və təlim və tədqiqat bölməsinin rəhbəri Müşfiq İmamveriyev və kitabxananın direktoru Elçin Məmmədova Bloomberg laboratoriyası, terminallar və onlardan istifadə qaydaları, eləcə də tətbiq sahələri barədə ətraflı məlumat verib.

 

Laboratoriyanın direktoru Əkbər Əsgərov isə qonaqları terminalların interfeysi ilə tanış edib. Laboratoriyada UNEC-in professor-müəllim heyəti və tələbələr üçün keçirilən təlim proqramlarının təşkil olunduğunu deyib.

 

Görüş zamanı ADA universiteti ilə UNEC-in Bloomberg terminalları istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.