Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-02 13:48:00
Buraxılış imtahanında az bal toplayanlar qəbulda iştirak edə bilərlər?-CAVAB

 

Qəbul imtahanları ilə bağlı ən çox verilən suallardan biri də buraxılışda aşağı nəticə göstərənlərin imtahanda iştirakı ilə bağlıdır.

 

Buraxılış imtahanında aşağı nəticə göstərənlər qəbul imtahanlarında iştirak edə bilərlərmi?

 

AzEdu.az xəbər verir ki, DİM-in məlumatına əsasən, göstərdiyi nəticədən asılı olmayaraq imtahanda bütün abituriyentlərin iştirakı mümkündür.

 

Buraxılış imtahanında (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanında) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilirlər.