Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-04 14:19:00
"Massaçusets Universiteti təhsilimə ilk il üçün 81 min dollar təqaüd ayırdı" - Astara məktəblisi Salman 

 

Son zamanlar iki azərbaycanlı gəncin dünyanın ən yaxşı texnologiya universiteti hesab edilən Massaçusest Texnologiya Universitetinə təqaüdlə qəbul olması xəbəri cəmiyyətdə böyük marağa səbəb oldu.

 

Bu gün onlardan biri olan Salman Hüseynova universitet tərəfindən verilən təqaüdün miqdarı ilə bağlı məktub göndərilib.

 

Bu barədə AzEdu.az-a danışan Salman, təqaüd miqdarının təhsil xərclərinin əksər hissəsini qarşılayacağını bildirib:

 

“Təqaüd 81 min dollar təşkil edir. Bu illik təqaüddür və dörd il ərzində hər tədris ili yenilənəcək. 81 000 dollar ilk ilim üçün olacaq təqaüddür. Bu təhsilim üçün lazım olacaq əksər xərcləri qarşılayacaq”.

 

Təhsili üçün Amerikaya nə zaman yola düşəcəyinizi maraqlandığımız zaman isə o tarixin hələ dəqiq bəlli olmadığını bildirdi.

 

Qeyd edək ki, təqaüdün miqdarı bu il xarici tələbələrə verdiyi maksimum məbləği əhatə edir.