Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-18 13:42:00
Keçilməyən dərsi keçilmiş kimi göstərmə ənənəsindən əl çəkmək lazımdı-Ekspert qeyri-dərs günlərindən DANIŞDI

 

UNEC rektoru, professor Ədalət Muradov universitetlərin idarə sistemi,sovet dönəmindən qalan tətbiq metodları ilə bağlı məsələləri gündəmə gətirərək, yeniliklərə ehtiyac olduğuna diqqət çəkməyə davam edir.

 

Professor bayramlarla əlaqədar qeyri-iş günlərinin təhsil müddətinə daxil edilməsi nəticədə tədris planı icra edilmədiyini, icra edilmiş kimi qəbul edildiyini və ya formal, keyfiyyətsiz icra edilimiş olduğunu bildirib.

 

Mövzu ilə bağlı Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlamasında universitetlərdəki tədris prosesindən bəhs edərək, Qərb təhsil sistemindən nümunə gətirib:

 

“Akademik təqvimə görə bir semestr ümumiyyətlə 20 həftə nəzərdə tutulur. Onun 15 həftəsi tədris, 5 həftəsi qiymətləndirmə üçün hesablanır. Burda bir -iki həftəlik rəsmi tətil günü prosesə o qədər də ciddi təsir göstərmir. Amma Ədalət müəllimin bəhsetdiyi kimi formallıq, keçilməyən dərsi keçilmiş kimi göstərmə ənənəsindən əl çəkmək lazımdı. Ümumiyyətlə Qərb ali təhsil sistemində məşğələ dərsləri sadəcə tətbiqi dərslərdə olur. Əsasən, mühazirə dərsləri olur və müəllim mühazirədə dərsin əsas istiqamətlərini keçir,amma öyrənmək isə tələbənin özünün bu istiqamət üzrə mənbələri sərbəst oxuyaraq özünə qalır. Artıq bir çox resursa tələbələrin asanlıqla əlçatanlılığı var”.

 

Son olaraq o,-“Bütün məlumatlara audutoriyada çatmaq imkansızdı. Ona görə universitet təhsili ilə sadəcə düzgün yolu və istiqaməti göstərmək mümkündür. Qalanı tələbənin bacarığına və zəhmətinə bağlıdır” -deyə qeyd edib.