http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-16 16:42:00
Ali təhsil müəssisələrinə sınaq imtahanı üçün qeydiyyat aparılır  

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə növbəti sınaq imtahanı keçirəcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, sınaq imtahanına qeydiyyat fevralın 2-si saat 23:59-dək aparılacaq. Sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq. Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

 

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

 

Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

 

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərsiniz.