Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-14 10:12:00
Polis şöbəsinin təhqiqat qrupu bağçadadır, tərbiyəçi sorğuya CƏLB OLUNUB

İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır.

 

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib:

 

 

“Üç yaşlı usağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var

 

 

Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir”.

 

 

Qeyd edək ki, Azərbaycanda bağça tərbiyəçisi azyaşlı uşağa qarşı vəhşi hərəkət edib.

 

 

Belə ki, özünü özünü “tərbiyəçi” bilən qadın azyaşlıya qarşı şiddət göstərib.

 

 

Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları