Azedu.az

UNEC-də "Açıq qapı" günləri keçiriləcək" 

Ali təhsil

5 Yanvar 2022, 17:44
UNEC-də

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanvarın 5-dən payız semestrinin imtahan sessiyası başlanıb.

 

AzEdu.az xəbər verir ki, sessiya müddətində ikinci imtahan həftəsindən başlayaraq hər həftənin şənbə günü İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə rektorun “Açıq qapı” günləri keçiriləcək. "Açıq qapı" günlərində imtahan sessiyası ilə bağlı tələbələrin müraciətləri dinləniləcək.

 

Sessiya dövründə UNEC-in 1846 “Qaynar xətt”i və rəsmi feysbuk səhifəsi tərəfindən müraciətlər operativ şəkildə cavablandırılacaq.

 

İmtahan sessiyası fevralın 2-dək davam edəcək.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox