Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-09 11:37:31
Şagirdlər mükafatlandırıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada alman dili üzrə kursu başa vuran məktəblilərin mükafatlandırılma mərasimi keçirilib.

AzEDU.az İdarəyə istinadən xəbər verir ki, mərasimdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və iqtisadiyyat şöbəsinin müdiri Tereza Şönfelt, məktəb direktorları, müəllimlər, şagirdlər, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Alman dili üzrə xüsusi kurs keçib, gimnaziyanın yazılı və şifahi imtahanlar verən 18 şagirdi diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, 2008-ci ildən 160 nömrəli Klassik Gimnaziya “Almaniya təhsilinin partnyorluğu” proqramının iştirakçısıdır. 10 il müddətində məktəbdə 3 alman dilli müəllim dərs deyib.

gimnaziya_090318_03.jpg

gimnaziya_090318_02.jpg